logo

İlham Əliyev və xanımı Füzuli rayonuna səfər ediblər

14:12 10-05-2022 | icon 1456
İlham Əliyev və xanımı Füzuli rayonuna səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı və birinci xanım Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.