logo

Sahibə Qafarova İsveçrəyə rəsmi səfərə gedir

13:58 08-05-2022 | icon 1085
Sahibə Qafarova İsveçrəyə rəsmi səfərə gedir

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı, Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlamentin spikeri Sahibə Qafarovanın ölkənin vitse-prezidenti, İsveçrə parlamenti Milli Şurasının sədri, parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.