logo

I siniflər üzrə məktəb seçimi prosesinə başlanılır

09:30 06-05-2022 | icon 3255
I siniflər üzrə məktəb seçimi prosesinə başlanılır

Bu gündən Azərbaycan bölməsi üzrə birinci siniflərin məktəb seçimi prosesinə başlanılır.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.