logo

UEFA Çempionlar Liqasının ilk finalçısı bəlli oldu

09:19 04-05-2022 | icon 3255
UEFA Çempionlar Liqasının ilk finalçısı bəlli oldu

UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.

YeniAvropa xəbər verir ki, İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.

Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib.

Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.

Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. Matçın 41-ci dəqiqəsində Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.

"Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq.