logo

İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

15:13 30-04-2022 | icon 3619
İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Prezident İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışılıb. Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulanıb.

Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirilib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.