logo

İstanbuldakı yanğında ölən və yaralananlar var

16:11 29-04-2022 | icon 2275
İstanbuldakı yanğında ölən və yaralananlar var

İstanbulun Tuzla rayonunda yerləşən üçmərtəbəli boya fabrikində yanğın baş verib.

YeniAvropa xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğını söndürmək mümkün olub, hazırda soyutma işləri aparılır.

İstanbul Valiliyindən hadisə ilə bağlı verilən açıqlamada bildirilib ki, yanğın baş verən zaman binada olan işçilərdən üçü ölüb, doqquzu yaralanıb. Daha üç nəfərin axtarışları davam edir.

Fabrikdən çıxan alov ətrafdakı iş yerləri və meşəlik ərazilərə sıçrayıb.

Faktla bağlı araşdırma aparılır.