logo

Sabah 11 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

09:55 28-04-2022 | icon 2737
Sabah 11 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Sabah Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa çempionatı start götürəcək.

YeniAvropa xəbər verir ki,  qıtə yarışında Azərbaycanı 11 idmançı təmsil edəcək. Kişilər arasında Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) yarışacaqlar.

Mayın 1-dək davam edəcək yarışa 40 ölkədən 300-dən çox idmançı qatılacaq.