logo

NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəlib

14:59 27-04-2022 | icon 3010
NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəlib

Gürcüstanda səfərdə olan NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu gün ölkə parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə Komitəsinin iclasında çıxış edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, X.Kolominanın çıxışı zamanı Gürcüstan-NATO münasibətləri, Gürcüstanın quruma üzvlük məsələsi diqqət mərkəzində olacaq.

Qeyd edək ki, ötən həftə NATO Baş katibinin təhlükəsizlik məsələləri üzrə müavin köməkçisi Ceyms Appaturay da Gürcüstanda olub. Komitədə onunla qapalı formatda görüş keçirilib.

Görüşdə kibertəhlükəsizlk və hibrid təhlükələrlə mübarizə məsələləri müzakirə olunub.