logo

Azərbaycan-Pakistan diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

09:58 27-04-2022 | icon 4172
Azərbaycan-Pakistan diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması ağacəkmə aksiyası ilə davam edib.

 YeniAvropa xəbər verir ki,iki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Pakistan səfirliyinin nümayəndələri, hökumət rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı tələbələrin iştirakı ilə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı və zeytun ağacları əkilib.