logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 338 min nəfəri ötür

19:34 26-04-2022 | icon 3612
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 338 min nəfəri ötür

Aprelin 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 150 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 695, ikinci doza vaksinlərin sayı - 377, üç və daha çox doza vaksinlərin sayı – 3 min 724, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 354-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 632 min 746, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 338 min 299, ikinci mərhələ üzrə 4 milyon 838 min 834, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 216 min 688, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 238 min 925-dir.