logo

Prezident  Səyyad  Arana “Şöhrət” ordeni verdi

15:18 14-01-2022 | icon 574
Prezident  Səyyad  Arana “Şöhrət” ordeni verdi

Prezident  İlham Əliyev yanvarın 14-də Səyyad Salahlının(Aran)  təltif edilməsi haqda sərəncam imzalayıb.  

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Səyyad Salahlı (Aran) 15 yanvar 1952-ci ildə anadan olub. Yeni Azərbaycan Partiyasının qurucularından biridir. O, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı olub. Əməkdar jurnalist Səyyad Aran 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.