logo

MTRŞ  "LİDER-Radio"nun tezliyi üçün müsabiqə elan etdi

18:48 12-01-2022 | icon 1463
MTRŞ  "LİDER-Radio"nun tezliyi üçün müsabiqə elan etdi

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının(MRTŞ) videoformatda iclası keçirilib.

YeniAvropa MRTŞ-nın saytına istinadla xəbər verir ki, iclasda ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyinə) 2022-ci il yanvarın 17-dən 2022-ci il fevralın 17-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Xatırladaq ki, ötən il mayın 24-də "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.