logo

Məhkəmə kürəkənini öldürən qayınataya 10 il yarım iş kəsdi

17:47 12-01-2022 | icon 1428
Məhkəmə kürəkənini öldürən qayınataya 10 il yarım iş kəsdi

Bakının Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Mehdi Abdullayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, hadisə 2021-ci il martın 14-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, M.Abdullayev qəsəbə ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə ittiham irəli sürülüb.