logo

Tokayev Avropa İttifaqı Şurasının prezidenti ilə videokonfransda danışdı

18:10 10-01-2022 | icon 1750
Tokayev Avropa İttifaqı Şurasının prezidenti ilə videokonfransda danışdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin "Twitter" hesabında bildirilib.

Qeyd olunub ki, söhbət zamanı Şarl Mişel Qazaxıstandakı vəziyyət barədə məlumatlandırılıb. Vurğulanıb ki, Qazaxıstan dövlətçiliyinə qarşı misli görünməmiş təcavüz və qəsd aktı həyata keçirilib, ölkənin konstitusiya quruluşunun və qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər görüb. Prezident Tokayev deyib ki, dinc etirazçılara qarşı silahlı güc tətbiqi ilə bağlı iddiaların hamısı yalandır. Qazaxıstan Aİ ilə tərəfdaşlığı gücləndirməyə davam edəcək.