logo

Bu gündən Rusiya ilə Qərb ölkələri arasında danışıqlarbaşlayır

12:32 10-01-2022 | icon 1680
Bu gündən Rusiya ilə Qərb ölkələri arasında danışıqlarbaşlayır

Bu gün Cenevrədə  ABŞ və Rusiyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq görüşlə Rusiya ilə Qərb ölkələri arasında silsilə danışıqlara start veriləcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Cenevrə, Brüssel və Vyanada keçiriləcək danışıqların əsas mövzusu  Ukraynadakı vəziyyətlə əlaqədardır.

Sabah, yanvarın 11-də Brüsseldə iki il yarımdan sonra, ilk dəfə NATO-Rusiya Şurasının iclası keçiriləcək.

Yanvarın 13-də isə Vyanada keçiriləcək danışıqlar ATƏT çərçivəsində aparılacaq.

Qeyd edək ki, bu gün Cenevrədə keçiriləcək danışıqlar prezidentlər Co Bayden və Vladimir Putinin ötən ilin iyun ayında razılaşdırdığı Strateji Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutacaq. Sayca üçüncü raund hesab edilən bu görüşlər Cenevrədə növbə ilə ABŞ və Rusiya nümayəndəliklərinin binalarında aparılır.

İndiyədək tərəflər danışıqlarda hansısa tutarlı irəliləyişin olduğuna dair heç bir açıqlama verməyiblər.