logo

Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət etdi

09:19 10-01-2022 | icon 497
Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət etdi

Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

 YeniAvropa xəbər verir ki, bu Azərbaycanın Qazaxıstandakı səfirliyinin müraciətində bildirilir.

“Bu səbəbdən xatırladırıq ki, səfirliyin [email protected]n.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik.

Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində səfirliyə məlumat daxil olmamışdır", - deyə müraciətdə qeyd olunur.