logo

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn olunub

12:32 09-01-2022 | icon 1631
Əməkdar artist Novruz Qartal Gəncədə dəfn olunub

Əməkdar artist Novruz Qartal Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub.

YeniAvropa xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub.  1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Bir sıra yaddaqalan obrazlar yaradıb.

Novruz Qartal 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Ötən ilin noyabrında Milli Onkologiya Mərkəzində əməliyyat olunsa da,  xəstəlikdən həyatını xilas etmək mükün olmayıb.  

Allah rəhmət eləsin!