logo

İlham Əliyev Vidadi Babanlıya “Şərəf” ordeni verdi

13:53 08-01-2022 | icon 1827
İlham Əliyev Vidadi Babanlıya “Şərəf” ordeni verdi

Prezident İlham Əliyev yanvarın 8-də Vidadi Babanlının ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, nasir, şair, tərcüməçi Vidadi Babanlı 5 yanvar 1927-ci ildə  Qazax rayonunun Şıxlı kəndində anadan olub. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi , Prezident təqaüdçüsüdür.