logo

Sumqayıtda xəstəxanada yanğın-Xəstələr təxliyə edildi

20:10 07-01-2022 | icon 1491
Sumqayıtda xəstəxanada yanğın-Xəstələr təxliyə edildi

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən xəstəxana binasında yanğın baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirlib.

Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Xəstələr təxliyə edilib.

Yanğın söndürülüb.