logo

“Royalbank”ın balansındakı müxtəlif növ avadanlıqlar  hərraca çıxarılacaq

14:13 07-01-2022 | icon 2597
“Royalbank”ın balansındakı müxtəlif növ avadanlıqlar  hərraca çıxarılacaq

Yanvarın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınar əmlakların ilkin satış qiyməti 10 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67