logo

Azərbaycan və Türkiyənin XİN başçıları Qazaxıstandakı vəziyyətli müzakirə edib

11:31 06-01-2022 | icon 2814
Azərbaycan və Türkiyənin XİN başçıları Qazaxıstandakı vəziyyətli müzakirə edib

Yanvarın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazirlər Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.