logo

"AZAL" Bakı- Almatı aviareyslərini ləğv edib

19:55 05-01-2022 | icon 3409
"AZAL" Bakı- Almatı aviareyslərini ləğv edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın əski paytaxtı Almatı şəhərinə olan  aviareyslərini ləğv edib.

YeniAvropa xəbər verir ki, bu barədə  QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildiilib ki,  qərar son günlər Qazaxıstanın , eləcə də Mərkəzi Asiyanın ən böyük şəhəri olan Almatıda baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq qəbul edilib.


“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilir.