logo

Paytaxtda mənzildən 90 yaşlı qadının meyiti tapıldı

18:58 05-01-2022 | icon 1869
Paytaxtda mənzildən 90 yaşlı qadının meyiti tapıldı

Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.