logo

Nazarbayev Qazaxıstanda  tam şəkildə hakimiyyətdən getdi

18:34 05-01-2022 | icon 3283
Nazarbayev Qazaxıstanda  tam şəkildə hakimiyyətdən getdi

Qazaxıstanı bürümüş etirazlar ölkənin Təhlükəsizlik Şurasının ömürlük katibi postunu tutan və bəzi ekspertlərə görə əslində real hakimiyyəti əlində saxlayan Nursultan Nazarbayevin bu vəzifədən istefa verməsi ilə nəticələnib.

YeniAvropa xəbər verir ki, bu barədə prezident Kasım-Jomərt Tokayev xalqa müraciətində elan edib.

O bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil.

O, bugündən etibarən həmin vəzifəni özü icra etdiyini bildirib.

Tokayev hazırda paytaxt Nur-Sultanda olduğunu və heç yerə getmədiyini açıqlayıb: “Nə olursa-olsun, paytaxtda olacam. Xalqın yanında olmaq mənim konstitusion borcumdur” .

 

Xatırladaq ki, ötən gün Qazaxıstanda etirazçılar N.Nazarbayevi nəzərdə tutaraq "Şal, get!" ("Qoca, get!") şüarları səsləndirirdilər.