logo

Bakı-Ələt yolundakı avtoqəzalarda 8 nəfər xəstəxanalıq oldu

10:50 05-01-2022 | icon 1680
Bakı-Ələt yolundakı avtoqəzalarda 8 nəfər xəstəxanalıq oldu

Yanvarın 5-də səhər saatlarında Bakı-Ələt avtomagistralında ard-arda baş verən ağır yol nəqliyyat hadisələrində 8 nəfər maxtəlif dərəcəli xəsarətlər alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən  bildirilib.

Qeyd edilib ki, baş verən ilk qəza nəticəsində xəsarət alan 5 nəfər KTM-ə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, başqa birinin müayinəsi hazırda davam etdirilir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. 

İlk qəzadan  qədər sonra Bakı-Ələt yolunda baş verən ikinci qəza nəticəsində xəsarət alan daha 3 nəfər də KTM-ə gətirilib. Xəsarət alanlardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.