logo

Daha bir intihara cəhdin qarşısı alındı

22:55 04-01-2022 | icon 1820
Daha bir intihara cəhdin qarşısı alındı

Şirvanda intihara cəhdin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib.

Qeyd edilib ki, Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.