logo

Ötən ay dünyada koronavirusa yoluxmada rekord qeydə alınıb

11:11 04-01-2022 | icon 2233
Ötən ay dünyada koronavirusa yoluxmada rekord qeydə alınıb

2021-ci ilin dekabr ayında  dünyada 24,7 milyon nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

YeniAvropa xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universitetinin məlumatında deyilir.

Bildirilir ki, bu rəqəm noyabr ayı ilə müqayisədə 8,5 milyon nəfər çoxdur.

Təkcə dekabrın son həftəsində 8,4 milyon yeni yoluxma qeydə alınıb. Bu da pandemiya dövrünün ən yüksək göstəricisi olub.

Pandemiya başlayandan indiyədək  dünyada ən yüksək aylıq yoluxma göstəricisi 2021-ci ilin aprelində qeydə alınıb. O zaman 22 milyondan çox insan virusa yoluxub.

Qeyd edək ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 293 milyon nəfərə çatıb. 5,4 milyondan çox insan pandemiyanın qurbanı olub.