logo

Nikol Paşinyan  İran prezidenti ilə nələri müzakirə etdi?

22:13 03-01-2022 | icon 4711
Nikol Paşinyan  İran prezidenti ilə nələri müzakirə etdi?

"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”.

 YeniAvropa xəbər verir ki, bu fikirləri İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı səsləndirib.  

İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, İ.Rəisi və N.Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri və sülh danışıqlarını müzakirə ediblər.

İ.Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.

N.Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.