Azərbaycan nümayəndəsi AŞ Ekspertlər Komitəsinin rəhbərliyinə seçilib
Azərbaycanda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, o cümlədən Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının (ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında) icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) işində yaxından iştirak edilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qırx ildir fəaliyyət göstərən, Avropa Şurasının bütün 47 üzv dövlətinin, eyni zamanda, müşahidəçi olan ABŞ, Meksika, Çili, İsrail, Koreyanın və beynəlxalq təşkilatların ekspertlərinin bir araya gəldiyi Ekspertlər Komitəsi cinayət işlərində əməkdaşlıq məsələlərini tənzimləyir, təcrübə mübadiləsi aparır, Avropa konvensiyalarının tətbiqi zamanı rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Nazirlər Komitəsinə təqdim edir.
Azərbaycan Ekspertlər Komitəsində fəal təmsil olunaraq bu sahədə səlahiyyətli orqan olan Ədliyyə Nazirliyinin nümayəndəsi Komitənin üzvü kimi onun işinin təkmilləşdirilməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə dair təşəbbüslər irəli sürür, Komitənin tədbirlərində məruzəçi qismində çıxışlar edir, qurum tərəfindən sənədlərin hazırlanması, həmçinin onların bəzilərinin Azərbaycan dilinə tərcümə olunmasında, eləcə də işçi qruplarda yaxından iştirak edir.
Ekspertlər Komitəsinin bu günlərdə Strasburqda hibrid formatda keçirilmiş 80-ci plenar iclasında Avropa konvensiyalarının və Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə yeniliklər, Avropa İttifaqı Prokurorluq Ofisi (EPPO) ilə əməkdaşlıq və digər məsələlər müzakirə edilib, Komitənin Azərbaycandan olan üzvü, Ədliyyə Nazirliyinin məsul əməkdaşı Adil Əbilov tərəfindən irəli sürülən aidiyyəti təkliflər qəbul olunub. Eyni zamanda, Böyük Britaniya, ABŞ və Almaniya nümayəndələri ilə görüşlər keçirilərək ekstradisiya və hüquqi yardımla bağlı konkret işlər üzrə müzakirələr aparılıb.
Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə yeni seçkilər keçirilib. Komitənin sədri vəzifəsinə 10 ildən çox qurumun rəhbərliyində təmsil olunan Portuqaliyanın nümayəndəsi seçilib. Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi A.Əbilov isə Ekspertlər Komitəsinin sədr müavini vəzifəsinə seçilib.
Respublikamızın belə mühüm qurumun rəhbərliyində təmsil olunması dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha bir əyani təzahürüdür.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır