logo

“Buta Airways” Moskvaya  reyslərin sayını artırır

19:40 23-11-2021 | icon 2464
“Buta Airways” Moskvaya  reyslərin sayını artırır

Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayı artırılır.

“Buta Airways” aviaşirkətindən YeniAvropa-ya bildirilib ki, həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara dekabrın 15-dən etibarən çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.

Biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur: www.butaairways.az/az/covid/russia.