logo

İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

14:34 23-11-2021 | icon 1470
İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Səfir Rodriqo Arkos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini bildirib, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırdı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirib, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə edib.

***

Prezident İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

0-1

***

Prezident İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin

etimadnaməsini qəbul edib.

0-1_1

***

Prezident İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

0-1-2