logo

Romada AŞ PA-nın daimi komitəsinin iclası keçiriləcək

11:13 23-11-2021 | icon 1526
Romada AŞ PA-nın daimi komitəsinin iclası keçiriləcək

Noyabrın 25-26-da İtaliyanın Roma şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) daimi komitəsinin iclası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Daimi komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, onların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.