logo

Azərbaycanın nümayəndə heyəti İrana səfər edəcək

15:51 20-11-2021 | icon 1792
Azərbaycanın nümayəndə heyəti İrana səfər edəcək

Noyabrın 21-də Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

YeniAvropa xəbər verir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.