logo

Ermənistan itkilərini açıqlamağa başladı - ADLAR

11:33 19-11-2021 | icon 1533
Ermənistan itkilərini açıqlamağa başladı - ADLAR
Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü etiraf edib.
 
 YeniAvropa "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Nazirlik məsələ ilə bağlı məlumat yayıb.
 
Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır: 
 
Baş leytenant Taron Saakyan 
 
Müqavilə əsasında orduda xidmət edənlər:
 
Merjun Arutyunyan
 
Qurgen Sarkisyan
 
Artur Martirosyan 
 
David Amiryan.
 
Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir. 
 
Qeyd edək ki, rəsmi İrəvan həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürüldüyünü bildirmişdi.