logo

Türk lirəsi dollara qarşı rekord minimuma endi-11,1 TL!

19:33 18-11-2021 | icon 2184
Türk lirəsi dollara qarşı rekord minimuma endi-11,1 TL!

Türkiyədə dollar Mərkəzi Bankın bu gün faiz dərəcələrini endirmək barədə qərarının ardınca yenidən sürətlə bahalaşmağa başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu saatlara olan məlumata görə 1 dollar hərracda 11,1 TL-yə satılır.

Nəticədə Türkiyənin milli valyutası gün ərzində 4 faizə yaxın dəyər itirib.

Mərkəzi Bank faiz dərəcələrini yüzdə 16-dan 15-ə endirib. Tənzimləyici bu qərarı ölkədə müşahidə olunan yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi fonunda iqtisadiyyata investisiyaları təşviq etmək üçün verib.