logo

Azərbaycanda daha 2124 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

16:28 18-11-2021 | icon 2688
Azərbaycanda daha 2124 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2124 yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 min 89 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 min 774 nəfər müalicə olunaraq sağalıb, 7 min 551 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 764 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 963, bu günə qədər isə ümumilikdə 5 milyon 405 min 244 test icra olunub.