logo

Paytaxtda “Qələbə dairəsi” istiqamətində yol bağlanır

15:58 18-11-2021 | icon 1652
Paytaxtda “Qələbə dairəsi” istiqamətində yol bağlanır

Paytaxtın Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yolötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-də və 21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən açıqlama verilib.

Bununla əlaqədar sürücülər alternativ olaraq Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.