logo

Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

13:38 18-11-2021 | icon 1512
Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

Azərbaycanda noyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10°, gündüz 11-13° isti, Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.