logo

Hakimliyə namizədlər yazılı imtahan verəcəklər

14:44 17-11-2021 | icon 7098
Hakimliyə namizədlər yazılı imtahan verəcəklər

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan dekabrın 1-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsindən bildirilib. Qeyd edilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər.

İmtahan COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə, namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.