logo

Azərbaycanda pensiya yaşı azaldılsın!

12:48 17-11-2021 | icon 1435
Azərbaycanda pensiya yaşı azaldılsın!

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir.

 YeniAvropa xəbər verir ki, bu təklifi deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında səsləndirib.

Deputat bildirib ki, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır:

“Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”, - deyə Ə.Məsimli vurğulayıb.

Qeyd edək ki, 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.