logo

Qənirə Paşayeva: “Dövlət qurumları neçə qazini işlə təmin etməsi barədə hesabat versin”

12:27 17-11-2021 | icon 1400
Qənirə Paşayeva: “Dövlət qurumları neçə qazini işlə təmin etməsi barədə hesabat versin”

“Azərbaycanda qazilərin və şəhid ailəsi üzvlərinin işlə təmin olunmasında problemlər var”.

 YeniAvropa xəbər verir ki, bu fikri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.

“Bütün dövlət qurumlarına çağırış edirəm ki, neçə qazini və şəhid ailəsi üzvünü işlə təmin etməsi barədə hesabat versin. Bu məsələni sasədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin üzərinə atsaq, işlə təminatda sürətli addımlar gözləmək yersizdir. Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidirlər", - deyə millət vəkili vurğulayıb.