logo

Ermənistanda Paşinyana qarşı etirazlar başladı

22:20 16-11-2021 | icon 2030
Ermənistanda Paşinyana qarşı etirazlar başladı

Bu gün Azərbaycan-Ermənistan sərhədində yaşananlardan sonra Yerevanda sakinlər  küçələrə axışıb.

YeniAvropa Ermənistan KİV-lərinin yaydığı məlumata istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Respublika meydanına toplaşıb. 

Əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb. 

Etirazçılar arasında saxlananlar var.