logo

Köçəryan Paşinyanı ittiham etdi və onu istefaya çağırdı

20:32 16-11-2021 | icon 1974
Köçəryan Paşinyanı ittiham etdi və onu istefaya çağırdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb.

Ermənistan müxalifəti ölkədə yaranmış vəziyyətdə Nikol Paşinyan hökumətini ittiham edib və Ermənistanda insan, ərazi və hərbi itkilər, parçalanma və xaosun hökm sürdüyünü bəyan edib.

Müxalifətin fikrincə, vəziyyətin tam həlli hakimiyyətin geri çəkilməsindən sonra mümkün olacaq. Nikol Paşinyanın istefasından sonra bütün bacarıqlı qüvvələr birləşməli, yeni hökumət formalaşdırılmalı, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsi lazımdır.