logo

Bakıdakı diplomatlar sərhədindəki vəziyyət barədə məlumatlandırılıblar

17:30 16-11-2021 | icon 1379
Bakıdakı diplomatlar sərhədindəki vəziyyət barədə məlumatlandırılıblar

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən brifinq təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.