logo

Mövlud Çavuşoğlu: "3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"

13:31 15-11-2021 | icon 1477
Mövlud Çavuşoğlu: "3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"

“Regionda vacib hadisələr baş verir”.

YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə "3+3" formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - deyə o, bildirib.