logo

PKK lideri Abdullah Öcalanın qardaşı koronavirusdan öldü

12:21 15-11-2021 | icon 2037
PKK lideri Abdullah Öcalanın qardaşı koronavirusdan öldü

PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı Osman Öcalan ölüb. 

YeniAvropa Türkiyə KİV-lərin istinadən xəbər verir ki, İraqda yaşayan Osman Öcalan bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşdığından Ərbil şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Müalicə olunmasına baxmayaraq  ötən gecə xəstəxanada ölüb.

Osman Öcalan PKK liderlərindən biri sayılıb. Onun qardaşı Abdullah Öcalan isə Türkiyədə həbsdədir.