logo

DÇ-2022: Bu gün seçmə mərhələsinin X turuna start veriləcək

11:14 14-11-2021 | icon 2779
DÇ-2022: Bu gün seçmə mərhələsinin X turuna start veriləcək

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start veriləcək.

YeniAvropa xəbər verir ki, turun ilk oyun günü 4 qrupda 10 qarşılaşma oynanılacaq.

Azərbaycan millisinin yer aldığı A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Priney təmsilçisinə isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında İrlandiya Lüksemburqun qonağı olacaq.

Azərbaycan millisi isə bu gün yoldaşlıq oyununda Qətər seçməsini qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq.

H qrupunun mərkəzi qarşılaşması Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansalar, mundialda iştirakı təmin edəcəklər.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

Lüksemburq - İrlandiya;

Portuqaliya - Serbiya.

Qrupdakı vəziyyət: Portuqaliya - 17 (7 oyuna), Serbiya - 17 (7), Lüksemburq - 9 (7), İrlandiya - 6 (7), Azərbaycan - 1 (8)

B qrupu

Yunanıstan - Kosovo;

İspaniya - İsveç.

Qrupdakı vəziyyət: İspaniya - 16 (7 oyuna), İsveç - 15 (7), Yunanıstan - 9 (7), Gürcüstan - 7 (8), Kosovo - 4 (7)

H qrupu

Malta - Slovakiya;

Sloveniya - Kipr;

Xorvatiya - Rusiya.

Qrupdakı vəziyyət: Rusiya - 22, Xorvatiya - 20, Slovakiya - 11, Sloveniya - 11, Malta - 5, Kipr - 5.

J qrupu

Lixtenşteyn - Rumıniya;

Şimali Makedoniya - İslandiya;

Ermənistan - Almaniya.

Qrupdakı vəziyyət: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.