logo

Azərbaycanda daha 2001 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

18:19 13-11-2021 | icon 2793
Azərbaycanda daha 2001 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2001 yoluxma faktı qeydə alınıb, 2145 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 min 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 min 250 nəfər müalicə olunaraq sağalıb, 7 min 416 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 765 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 99, bu günə qədər isə ümumilikdə 5 milyon 347 min 509 test icra olunub.