logo

Sahibə Qafarova Üçüncü Avrasiya Qadınlar Forumunun açılış mərasimində iştirak edib

18:14 14-10-2021 | icon 1589
Sahibə Qafarova Üçüncü Avrasiya Qadınlar Forumunun açılış mərasimində iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 14-də Forumun açılış mərasimi olub. Rusiya Federasiyasının prezidenti Vladimir Putin mərasimə qatılıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti də açılış mərasimində iştirak edib.

Sonra Forum işini müxtəlif mövzularda sessiyalarda davam etdirib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində oktyabrın 13-də Üçüncü Avrasiya Qadın Forumunun plenar sessiyasında çıxış edərək ölkəmizdə həyata keçirilən qadın siyasəti, dünyada qadınların artan rolu barədə məlumat verib.

Səfər çərçivəsində Sahibə Qafarova, həmçinin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə də görüşüb.