logo

Qırğızıstan prezidenti hökuməti istefaya göndərib

12:56 12-10-2021 | icon 3045
Qırğızıstan prezidenti hökuməti istefaya göndərib

Qırğızıstan prezidenti Sadır Japarov bu gün Nazirlər Kabinetinin başçısı Uluqbek Maripovu və hökumətin bütün tərkibini istefaya göndərib.

YeniAvropa  Qırğızıstan mediasına istinadla xəbər verir ki, зrezident bununla bağlı fərmanlar imzalayıb, prezident administrasiyasının rəhbəri və baş nazir postlarına Akılbek Japarovun namizədliyini ölkə parlamentinə təklif edib.

“Nazirlər Kabinetinin başçısı da dəyişəcək. Mən Akılbek Japarovun namizədliyini təklif etmişəm”, - deyə prezident Sadır Japarov bildirib.

Qırğız Respublikasının yeni konstitusiyasına əsasən prezident administrasiyasının rəhbəri, eyni zamanda, hökumətə də rəhbərlik edir.